"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid klubu "Borussiya"dan ayrılan Aksel Vitsellə anlaşıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Vitsel son mövsümdə Dortmund klubunun heyətində 41 matça çıxaraq 2 qol vurub.
