Millimizin sabiq forvardının oğlu İtaliya klubunun düşərgəsində

21:19 - 6 İyul 2022

 

Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya artıq Neapoldadı.

Sportal.az "Napoli"nin rəsmi saytına istinadən xəbər verir ki, gürcü futbolçu özü də bu haqda qısa fikir bildirib: "Salam, nəhayət ki, buradayam. İrəli, "Napoli".

Xatırladaq ki, "Napoli" Xviça üçün "Dinamo"(Batumi) klubuna 10 milyon avro ödəyib. O, 2027-ci ilə qədər İtaliya klubuna məxsus olacaq. Xviça milli komandamızın sabiq forvardı Badri Kvaratsxeliyanın oğludu.

Xəbər xətti