"Barselona" "Lids"dən futbolçu almaq istəyir

21:34 - 6 İyul 2022

"Barselona" "Lids"dən futbolçu transfer etmək istəyir.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərə klubunda çıxış edən Rafinya üçün hərəkətə keçib.

"Barsa" rəhbərliyi braziliyalı üçün 50 milyon avro təklif edib. Hələ ki, "Lids" bu təkliflə razılaşmayıb. Amma futbolçunun özünün bu klubda oynamaq istəyində olduğu iddia edilir.

Xəbər xətti