Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" yoxlama görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Limassol təmsilçisi "Slaven Belupo" ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nin rəqibinin 2:4 hesabı ilə məğlub olub.
"Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.
