"Boka Xuniors"da oynamış müdafiəçi "Yuventus"a keçir

22:35 - 6 İyul 2022

"Udineze"nin müdafiəçisi Nauel Molina "Yuventus"a keçməyə hazırlaşır.

Sportal.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, "qoca sinyora" argentinalı futbolçu üçün Udine təmsilçisinə 30 milyon avro təklif edib.

O, Turin klubunu tərk edəcək Matteys De Liqti əvəzləyəcək.

24 yaşlı müdafiəçi “Boka Xuniors”, “Defensa Xustisa”, “Rosario Sentral” klublarında oynayıb.

 

Xəbər xətti