"Qəbələ"nin yeni transferi məşqlərə başladı

23:29 - 6 İyul 2022

"Qəbələ" Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi üçüncü günü bir məşqlə başa vurub.

"Qaziantep"lə yoxlama matçından sonra komanda səhər saatlarında hazırlığına davam edib. Bərpa xarakterli məşq iki qrupda keçib, futbolçuların bir hissəsi isə fitnes zalında məşq edib.

​"Qəbələ"nin yeni transferi Feras Abu Akal da məşqlərə qoşulub. 

Xəbər xətti