Konfrans Liqası: Birinci mərhələnin ilk oyunları keçirildi

00:21 - 7 İyul 2022

Konfrans Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları baş tutub.

Sportal.az xəbər verir ki, dünən daha 2 görüş keçirilib.

"İnter"(Turku) Kosovonun "Drita" klubuna qalib gəlib. Farer adalarının təmsilçisi "Vikinqur" isə "Avropa"nı (Cəbəllütariq) məğlub edə bilib.

Konfrans Liqası

6 iyul

"İnter" (Turku, Finlandiya) - Drita (Kosovo) 1:0
Qol: J.Niska, 77

"Vikinqur" (Farer adaları) - "Avropa" (Cəbəllütariq) 1:0
Qol: O.Bardason, 51 

Xəbər xətti