Çempionlar Liqası: Gürcüstan çempionu uduzmadı, "Şerif" qalib gələ bilmədi

00:35 - 7 İyul 2022

Dünən gecə Çempionlar Liqasının birinci təsnifat mərhələsində növbəti oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, “Tobol” evdə güclü rəqibi “Ferentsvaroş”a uduzmayıb. “Düdelanj” isə Albaniya çempionu “Tirana”ya qalib gəlib. Gürcüstan çempionu “Dinamo”(Batumi) “Slovan”a uduzmayıb.

“Tobol” – “Ferentsvaroş” 0:0

“Bodo Qlimt” – “Klaksvik” 3:0
Qollar
: Viktor Bonifeys, 11, 31, 58 (p)

“Helsinki” – “Riqas Futbol Şkola” 1:0
Qol: Manuel Martiç 11

“Düdelanj” – “Tirana” 1:0
Qol: Hassan

“Jrinski Mostar” – “Şerif” 0:0

“Maribor” – “Şaxtyor”(Soliqorsk) 0:0

“Slovan”(Bratislava) – “Dinamo”(Batumi) 0:0 

Xəbər xətti