Türkiyənin "Qalatasaray" klubu üçüncü transferini reallaşdırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Portu"nun yarımmüdafiəçisi Serjio Oliveyronun keçidini bitirmək üzrədir.
"Sarı-qırmızılar" 30 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. Oyunçunun klubu da "Qalatasaray"ın təklifini qəbul edib.
"Qalatasaray" təcrübəli yarımmüdafiəçi üçün onun müqavilə ilə məxsus olduğu Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyəcək. 4 illik müqavilə imzalayacaq Oliveryo isə ilinə 2,5 milyon avro qazanacaq.
Sergio Oliveyro son mövsümünün ikinci yarısını icarə əsasında "Roma"da keçirib. Portuqaliya millisinin üzvü İtaliya klubunun heyətində meydana çıxdığı 22 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
