Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Marsel"dən ayrılan Stiv Mandandanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Fransa millisinin keçmiş üzvü olan Stiv Mandanda müxtəlif illərdə "Marsel"in heyətində 610 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
