İtaliya millisinin üzvü klubunu dəyişdi

14:55 - 7 İyul 2022

İtaliya A Seriyasına yüksələn "Monza" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qırmızılar" "Atalanta"dan yarımmüdafiəçi Matteo Pessina icarə əsasında heyətinə qatıb. Müqavilədə 25 yaşlı futbolçunu birdəfəlik almaq maddəsi də var.

 

Qeyd edək ki, Matteo Pessina "Atalanta"ya 2017-ci ilin yayında "Milan"dan transfer olunub. İtaliya millisinin üzvü son mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 37 matçda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti