Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, reytinq cədvəlində 7-ci pillədə qərarlaşan və mübarizəyə əsas mərhələdən start verəcək Azərbaycan millisi 6-cı qrupda yer alıb, Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
1-ci qrup
İspaniya
Moldova
Kipr
2-ci qrup
Gürcüstan
Belçika
Avstriya
3-cü qrup
Çexiya
Bosniya və Herseqovina
Ermənistan
4-cü qrup
Portuqaliya
Belarus
Litva
5-ci qrup
Qazaxıstan
Sloveniya
Monteneqro
6-cı qrup
Azərbaycan
Polşa
Yunanıstan
7-ci qrup
Xorvatiya
Macarıstan
İsrail
8-ci qrup
Finlandiya
Rumıniya
Danimarka
9-cu qrup
Serbiya
Fransa
Norveç
10-cu qrup
İtaliya
Şimali Makedoniya
İsveç
11-ci qrup
Ukrayna
Niderland
Kosovo
12-ci qrup
Slovakiya
Latviya
Almaniya
Oyun günləri
12-21 sentyabr 2022
3-12 oktyabr 2022
6-9 noyabr 2022
27 fevral – 8 mart 2023
Məlumat üçün qeyd edək ki, oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.
20 komanda 5 qrupda
Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
Qeyd edək ki, Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb. Onu da qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.
saytlarin hazirlanmasi
