PSJ-ni "Çelsi"yə dəyişəcək

17:26 - 7 İyul 2022

PSJ-nin müdafiəçisi Presnel Kimpembe karyerasında dəyişiklik edəcək. 

Sportal.az "L`Equipe"ə portalına istinadən xəbər verir ki, müdafiəçi "Çelsi"yə keçməyə hazırlaşır.

London klubunun baş məşqçisi Tomas Tuhel fransalını sərəncamında görmək istəyir.

PSJ-nin idman direktoru Luis Kampos isə Kimpembeni komandada saxlamaq üçün onunla danışıqlara başlayıb. Amma Fransa millisinin üzvünün yenidən Tuhellə işləmək üçün İngiltərəyə yollanacağı gözlənilir.

Xəbər xətti