"Səbail"in Xaçmazda təlim-məşq bazası istifadəyə verildi - FOTOLAR

19:10 - 7 İyul 2022

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə "Səbail"in futbolçularının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.

Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.

Qeyd edək ki, müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.

Xəbər xətti