Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı rəqibləri dəqiqləşib.
Sportal.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verəcək Joze Alesionun komandası B yolunda yarışacaq.
Ölkə çempionu burada 5-ci qrupda yer alacaq. "Araz Naxçıvan"ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq. Qrupun matçları Bosniya və Herseqovinada oynanılacaq.
Əsas mərhələnin görüşləri 25-30 oktyabr tarixlərində keçiriləcək. B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq.
