Türkiyə millisinin üzvü İtaliyada oynayacaq

20:45 - 7 İyul 2022

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı İtaliyada oynamağa yaxındı.

Sportal.az "Tutosport"a istinadən xəbər verir ki, "Salernitana" Yazıcı üçün hərəkətə keçib.

A seriyası təmsilçisi 25 yaşlı futbolçunun ilkin razılığını alıb. 

Ötən mövsümü icarə əsasında ÇSKA-da keçirən Yazıcı müqavilə ilə "Lill"ə məxsusdu. 

Xəbər xətti