"Bavariya" Matteys De Liqt üçün "Yuventus"a təklif göndərib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "qoca sinyora" niderlandlı futbolçu üçün edilən ilk təklifdən imtina edib.
Münhen klubu gənc müdafiəçi üçün 75 milyon avro təklif edib. "Yuventus" isə De Liqti 80 milyon avrodan aşağı satmayacağını bildirib.
