Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 milliləri arasında Avropa çempionatı keçirilib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Oyan Nəzəriani və məşqçisi Ağahüseyn Mustafayevin rəhbərliyi altında komandamız 4 güləşçi ilə qızıl medal qazanıb.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) bütün qarşılaşmalarını qalib başa vuraraq Avropa çempionu olublar.
100 xal toplamağı bacaran yığmamız Azərbaycan Avropa çempionu adına sahib çıxıb. Turnirdə ikinci pilləni Moldova, üçüncü yeri isə Yunanıstan tutub.
