"Liverpul" millinin futbolçusu ilə müqavilə müddətini uzatdı

22:19 - 7 İyul 2022

"Liverpul" Co Qomezlə müqavilə müddətini artırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi 2027-ci ilin iyun ayına qədər Mersisayd klubuna məxsus olacaq.

O, 2015-ci ilin yayından "Liverpul"da oynayır.

İngiltərə millisinin müdafiəçisinin komandasını dəyişəcəyi bildirilirdi.

 

Xəbər xətti