"Makkabi"nin hücumçusu "Zirə" önünə çıxmaya bilər

22:31 - 7 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" komandaya altı il sonra geri qayıdan Eran Zahavinin xidmətindən ilk oyunda istifadə etməyə bilər.

Sportal.az İsrail mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun kollektivlə məşqlərə qoşulacağı tarix hələ ki, dəqiqləşməyib. O, zədədən sonra hələ tam bərpa olmayıb.

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-i saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq. 
 

Xəbər xətti