"Latsio" iki futbolçu ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytıına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Denis Vavro və Bobbi Adekanyeni saxlamağa ehtiyac duymayıb.
Son iki ili icarə əsasında "Hueska" və "Kopenhagen"də keçirən 26 yaşlı müdafiəçi sonuncu kluba satılıb. Slovakiya millisinin üzvü əvvəllər də Danimarka klubunda oynamışdı.
Bobbi Adekanye isə Niderlandın "Qou Ehed İqlz" klubuna keçib. 23 yaşlı niderlandlı hücumçu 2019-cu ildən “Latsio” forması geyinirdi.
