Türkiyənin "Beşiktaş" klubu beşinci transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Standard"ın hücumçusu Cekson Mulekanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qara qartallar" bu keçid üçün Belçika klubuna 3,5 milyon avro ödəyib. 23 yaşlı konqolu hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, Super Liqa təmsilçisində illik 1 milyon avro qazanacaq.
Qeyd edək ki, "Beşiktaş" daha əvvəl Romen Sais, Cenk Tosun, Gedson Fernandes və Vaut Veqhorstu transfer edib.
saytlarin hazirlanmasi
