İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "River Pleyt"in hücumçusu Julyan Alvaresi transfer edib. Bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
"Mançester Siti" argentinalı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Argentina klubuna 22 yaşlı qolçu üçün 17 milyon avro ödənilib.
Julyan Alvares cari mövsümdə "River Pleyt"in heyətində meydana çıxdığı 26 matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
