Yeni mövsümdə qarşısına çempionluq hədəfi qoyan "Fənərbaxça" transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi daha bir futbolçunun transferini bitirmək üzrədir. "Sarı-lacivərtlilər" "Parma"da çıxış edən Cüzeppe Pezellanın keçidi ilə bağlı razılıq əldə edib.
"Sky Sports"un xəbərinə görə, "Fənərbaxça" 25 yaşlı sol cinah müdafiəçisinin transferi üçün İtaliya klubu ilə ortaq məxrəcə gəlib. Super Liqa təmsilçisi italyan futbolçu üçün "Parma"ya 4 milyon avro ödəyəcək. "Kanarya" müdafiəçi ilə 3+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cüzeppe Pezella son mövsümü icarə əsasında "Atalanta"da keçirib. O, Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
