"Real"ın hücumçusu İtaliya klubunda

18:11 - 8 İyul 2022

"Real"ın forvardı Luka Yoviç İtaliya A seriyasında oynayacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, serbiyalı hücumçu "Fiorentina"dan təklif alıb.

Tərəflərin ilkin razılıq əldə etdiyi bildirilir. 24 yaşlı hücumçunun bu gün Florensiyaya yollanaraq tibbi müayinədən keçəcəyi də iddia olunur.

Yoviç "Fiorentina"da illik 2,5 milyon avro qazanacaq. 

​24 yaşlı hücumçu karyerası ərzində “Srvena Zvezda”, “Benfika”, “Ayntraxt”(Frankfurt) klublarında oynayıb.
 

Xəbər xətti