Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Timur Temeltaşın karyerası ilə bağlı verdiyi qərar çoxları üçün qəribə olub.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Azərbaycan klublarından və Türkiyə birinci liqa təmsilçilərindən təklif alsa da, üçüncü liqada oynamağa qərar verib.
Buna səbəb isə Temeltaşa gələn təklifin maddi şərtlərinin yaxşı olması ilə əlaqədardı. O, aşağı liqada ən yaxşı maddi imkanlara sahib olan klublardan sayılan “Iğdır”la anlaşıb.
Eyni adlı şəhərin komandası onunla 2 illik müqavilə imzalayıb. Son mövsüm Türkiyə birinci liqasında “Eyüpspor”un heyətində uğurlu mövsüm keçirmiş yarımmüdafiəçi bir ara “Neftçi” və “Səbail”in transfer siyahısında yer almışdı.
