"Barselona" "Çelsi"dən futbolçu alacaq

19:14 - 8 İyul 2022

"Çelsi"nin kapitanı Sezar Aspilikuetanın İspaniyaya dönmək məsələsi yenidən gündəmə gəlib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu "Barselona"ya keçəcək. 32 yaşlı futbolçunun Kataloniya klubuna keçidinin bu həftə tamamlanacağı gözlənilir.

2012-ci ildən London klubunda oynayan Sezar 474 matçda 17 qol vurub, 55 assist edib. 

Xəbər xətti