Millimizin üzvü oynadı, komandası uduzdu

19:41 - 8 İyul 2022

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) bu gün iki yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Plotsk təmsilçisi "Korona" ilə üz-üzə gəlib. Matç Krivotsyukun komandasının 2:0 hesablı qələbəsilə başa çatıb. Millimizin üzvü bu matçda iştirak etməyib. 

"Korona" ilə ikinci matçda isə "Visla" 1:3 uduzub. Millimizin müdafiəçisi bu görüşdə sona qədər meydanda olub.

Xəbər xətti