"Qalatasaray" növbəti transferə hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya millisinin üzvü Serxio Oliveyranı Türkiyəyə dəvət edib.
Bir neçə dəqiqə əvvəl İstanbula gələn 30 yaşlı futbolçunun "Qalatasaray"la rəsmi müqavilə imzalayacağı gözlənilir.
"Porto"ya məxsus olan futbolçu son mövsümü icarə əsasında "Roma"da keçirib. Bundan əvvəl isə o, "Beyra Mar", "Mexelen", "Penafiel", "Pasuş Ferreyra", "Nant", PAOK klublarında oynayıb..
