"İnter" braziliyalını transfer etmək üçün agenti ilə görüşdü

21:33 - 8 İyul 2022

"İnter" "Torino"nun futbolçusu Qleyson Bremeri transfer etməyə yaxındı.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, dünən "nerazzura" və "Torino" rəsmilərinin görüşü olub.

Görüşdə "İnter"in idman direktoru Pyero Auzilio, "Torino"nun idman direktoru Davide Vanyatti və 25 yaşlı futbolçunun agenti iştirak edib. 

Turin təmsilçisi transferdən 40 milyon avro qazanmaq istəyir.

Milan təmsilçisi isə bu transferə görə maksimum 30 milyon avro ödəyəcə biləcəyini qarşı tərəfə bildirib. 

Bremer 2017-2018-ci illərdə “Atletiko Mineyro”da oynadıqdan sonra 2018-ci ildə “Torino”ya keçib.

Xəbər xətti