Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiya Premyer Liqasının təmsilçilərindən “Ximki” ilə müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, Quliyev klubun rəsmi saytına transferilə bağlı açıqlama verib:
“Ən vacibi budur ki, klub mənimlə maraqlanırdı. Görüşdük, təfərrüatları müzakirə etdik. “Ximki”nin rəhbərliyilə danışığımızı bəyəndim, hər şey qaydasında getdi. Ümumi qərara gəldik və heç bir gecikmə olmadan müqavilə imzaladıq. Komandada çox uşaqları tanıyıram. “Spartak”dakı çıxışımdan tanıyıram onları. Ona görə də kollektivə öyrəşmək çətin olmadı. Reziuan Mirzovla “Rostov”dan bir-birimizi tanıyırıq. Bu, adaptasiya üçün yaxşıdı. Rusiyanın gənclər yığmasında oynayanda “Ximki Arena”da oyuna çıxmışdım. Meydança onda da, indi də keyfiyyətlidi".
