İtaliya A seriyasının yeni komandası olan "Monza" 2022/23 mövsümündə ev və səfərdə geyinəcəyi formalarını təqdim edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi uzun illərdir ki, istifadə etdiyi rəngləri dəyişməyib.
Belə ki, komandanın ev forması qırmızı rəngdədi, ağ şaquli zolaqları var. Səfər forması isə ağ rəngdədi.
