Fransanın "Trua" klubu Adil Rami ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu 2023-cü ilin iyun ayına qədər adıçəkilən komanda üçün oynayacaq.
36 yaşlı müdafiəçi karyerası ərzində “Lill”, “Valensiya”, “Milan”, “Sevilya”, “Marsel”, “Fənərbaxça”, “Soçi”, “Boavişta” klublarında oynadıqdan sonra 2021-ci ildə “Trua”ya keçib.
Təcrübəli futbolçu Fransa millisinin heyətində DÇ-2018-in qalibi olub.
