Azərbaycan millisi Avropa çempionu oldu

17:57 - 9 İyul 2022

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 yığmaları arasınad da Avropa çempionatı baş tutub.

Sportal.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi turnirdə 6 güləşçi təmsil edib.

70 kq-da mübarizə aparan Rübail İbrahimli və Hüseyn Əliyev finala çıxıb. Burada isə Rübail Hüseyni məğlub edərək qızıl medala sahib çıxıb.

80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medala sahib çıxıb. 

Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (90 kq) isə Avropa çempionu adını qazanıblar.

3 qızıl, 2 gümüş və 1 bürünc medalla Azərbaycan komanda hesabında 95 xal toplayaraq Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.

Xəbər xətti