Rafael Fiziyev Azərbaycanı təmsil edəcək - FOTO

18:17 - 9 İyul 2022

Məşhur döyüşçü Rafael Fiziyev Azərbaycanı təmsil edəcək. 

Sportal.az xəbər verir ki, bu, artıq rəsmiləşib.

Belə ki, bu gecə başlayacaq "UFC Vegas58" turnirində Fiziyev məhz Azərbaycan bayrağı altında çıxış edəcək. Onun rəqibi braziliyalı döyüşçü Rafael dos Anjusdu. Turnirin əsas görüşləri səhərə yaxın, 05:00-da başlayacaq. Fiziyevin braziliyalı idmançı ilə döyüşü turnirə başçılıq edir və son qarşıdurma olacaq.

Bununla da Azərbaycan təmsilçisi ilk dəfə UFC-də döyüşə çıxmış olacaq. (MMA Azərbaycan)


 

Xəbər xətti