"İnter" sloveniyalı ilə müqavilə müddətini uzatdı

20:58 - 9 İyul 2022

"İnter" Samir Handanoviçlə müqavilənin müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı sloveniyalı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. Onun müqaviləsi bu yay sona çatırdı.

Təcrübəli qolkiper ötən mövsüm “İnter”in heyətində 50 oyuna çıxıb və 40 qol buraxıb, 21 görüşdə isə qapısını toxunulmaz saxlaya bilmişdi.

Xəbər xətti