"Real"ın yarımmüdafiəçisi Toni Kroos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola "Bavariya"da birlikdə çalışdığı 33 yaşlı orta xətt oyunçusunu komandasında görmək istəyir. Mançester təmsilçisi təcrübəli futbolçuya illik 15 milyon avro maaş təklif edəcək.
Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Almaniya millisinin sabiq üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi