Millimiz yenə uduzdu

19:18 - 13 Oktyabr 2023

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy”də növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, yığma Bolqarıstan ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi.

Xəbər xətti