"Qarabağ"ın rəqibi "Fənərbaxça"nın futbolçusunu istəyir

13:20 - 14 Oktyabr 2023

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin əsas hədəfi "Fənərbaxça"da çıxış edən İsmail Yüksəkdir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Bayer"in baş məşqçisi Xabi Alonso 24 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Bundesliqa klubu türk futbolçu üçün yaxın vaxtlarda klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Fənərbaxça" İsmail Yüksəki 2020-ci ilin yayında "Gölcükspor"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti