"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır"

13:47 - 14 Oktyabr 2023

Avstriya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda yığmamızın qonağı olacaq.

Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Ralf Ranqnik matçdan öncə açıqlama verib. 65 yaşlı mütəxəssis Azərbaycan seçməsinin topa sahob olmağa çalışan komanda olduğunu bildirib:

"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır. Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".

Qeyd edək ki, Azərbaycan - Avstriya qarşılaşması 16 oktyabr tarixində Toviq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti