"Biz özümüz Azərbaycan millisi üçün bu imkanı yaratdıq"

14:10 - 14 Oktyabr 2023

Estoniya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Azərbaycan yığmasına 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, estonların müdafiəçisi Maksim Paskotsi qarşılaşmadan sonra açıqlama verib. "Qrasshopper"in 20 yaşlı futboçusu ikinci hissədə yaxşı oynadıqlarını bildirib:

"Birinci hissədə vurulan qollar yenə həlledici oldu. Biz özümüz Azərbaycan millisi üçün bu imkanı yaratdıq. Düşünürəm ki, 2-ci hissədə daha yaxşı çıxış etdik, daha çox topla oynadıq. Start fitindən belə oynasaydıq, nəticə başqa cür olardı".

Xəbər xətti