AFFA rəsmisi Litva - İslandiya matçına təyinat aldı

15:52 - 14 Oktyabr 2023

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Litva - İslandiya matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 17-də Yonava şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti