Futbol üzrə Azərbaycan II Liqasında VII tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Lerik" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 10-cu yerdədir.
"Lerik" - "Şahdağ Qusar" 1:4
Qollar: Famil Dostiyev, 61 - İlqar Hüseynov, 9 (pen), Rubin Seyidov, 45, Ruslan Ağalarov, 47, Mehdi Rəsulov, 90
saytlarin hazirlanmasi