"Barselona" yapon futbolçu ilə maraqlanır

20:48 - 14 Oktyabr 2023

"Barselona" mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki. Katanoniya təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Kaoru Mitoma ilə maraqlanır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Yapon futbolçunu transfer etmək istəyən klublar arasında "Mançester Yunayted" və "Mançester Siti" də var.

Qeyd edək ki, "Brayton" Kaoru Mitomanı 2022-ci ilin yanvar ayında "Union Sent Cillois"dən transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə "qağayılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti