Dünyanın ən çox qazanan futbolçuları bəlli oldu

22:47 - 14 Oktyabr 2023

Nüfuzlu "Forbes" dünyanın ən çox maaş alan futbolçularının siyahısını dərc edib.

Sportal.az xəbər verir ki, siyahıya "Əl Nəssr"də çıxış edən Kriştiano Ronaldo başçılıq edir. 38 yaşlı portuqaliyalı hücumçunun illik gəliri 260 milyon dollardır.

Dünyanın ikinci ən çox qazanan oyunçusu Lionel Messidir. Argentinalı forvard "İnter Mayami"də 135 milyon dollar maaş alır. İlk üçlüyü 112 milyon dollarla "Əl Hilal" forması geyinən Neymar qapayır.

Xəbər xətti