"Kürmük Qax" mövsümdə ilk xalını qazandı - VİDEO

19:08 - 16 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Kürmük Qax" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 4-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Mövsümdə ilk xalını qazanan "Kürmük Qax" isə sonuncu yerdədir.

"Kürmük Qax" - "Şəfa" 1:1

Qollar: Fuad Osmanlı, 90+5 - Asim Quliyev, 90+1 (pen)

Xəbər xətti