"Azərreyl" avrokuboka qələbə ilə başladı

21:36 - 17 Oktyabr 2023

Ölkəmizi Çelenc kubokunda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün ilk görüşünü keçirib. 1/32 finalda komandamızın rəqibi Ukraynanın "Balta" klubu olub. 

Sportal.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada qızlarımız qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olublar. 

Çelenc kuboku
 1/32 final (1-ci oyun)
"Azərreyl"- "Balta" 3:0 (25:18, 25:18, 25:18)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da keçiriləcək.

Xəbər xətti