Azərbaycan çempionatının püşkü bu tarixdə atılacaq

15:26 - 19 Oktyabr 2023

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Sportal.az xəbər verir ki, tədbir oktyabrın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 15:00-da start götürəcək.

Püşkatma mərasimində AVF rəhbərliyi və əməkdaşları, klub rəhbərləri və rəsmi qonaqlar iştirak edəcək

Xəbər xətti