Elçin Məsiyev İtaliyanın oyunlarını idarə edəcək

15:42 - 19 Oktyabr 2023

 

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar məlum olub.

Sportal.az xəbər verir ki, referi II turda İtaliya - Şimali İrlandiya, III turda isə Yunanıstan - İtaliya oyununda idarəçilik edəcək. Ona digər azərbaycanlı hakim Vüsal Məmmədov yan xətt hakimi qismində kömək edəcək.

Matçlar 28 və 31 oktyabrda olacaq.

Xəbər xətti