UEFA Fələstinlə gərginlik yaşayan İsraillə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İcraiyyə Komitəsi növbəti bildirişə qədər bu ölkədə UEFA yarışlarının keçirilməməsini məqsədəuyğun sayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Avropa Liqasında iştirak edən "Makkabi" (Tel Əviv) və Konfrans Liqasında mübarizə aparan "Makkabi" (Hayfa) ölkədən kənarda keçirəcək. Hayfa təmsilçisinin U-19 komandası isə UEFA Gənclər Liqasından çəkilib. Onların yerinə turnirdə Praqa "Sparta"sı iştirak edəcək.
saytlarin hazirlanmasi